PRAKKOM və FELAS arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı

12
10.05.2026
PRAKKOM və FELAS arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı PRAKKOM və FELAS arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalandı

8 may 2026-cı il tarixində PRAKKOM platforması və FELAS (Foreign Educated Lawyers' Association - Xarici Təhsilli Hüquqşünaslar Assosiasiyası) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanmışdır.

Bu əməkdaşlıq çərçivəsində tərəflər hüquqi maarifləndirmənin gücləndirilməsi, qanunvericiliyin təbliği, eləcə də hüquq sahəsində təhsil və tədqiqat fəaliyyətlərinin inkişafı istiqamətində birgə fəaliyyət göstərəcəklər.

Eyni zamanda, gənclərin hüquq sahəsində bilik və bacarıqlarının artırılması, onların peşəkar inkişafına dəstək verilməsi də əməkdaşlığın əsas prioritetlərindən biridir.

İnanırıq ki, bu tərəfdaşlıq hüquqi mədəniyyətin inkişafına töhfə verəcək və daha savadlı cəmiyyətin formalaşmasına xidmət edəcəkdir.

FELAS ictimai birliyinin həmtəsisçisi Orkhan Bashirliyə təşəkkürümüzü bildiririk!

Birlikdə daha güclüyük!

Xəbərlər