Məxfilik
1. PRAKKOM (bundan sonra “Portal” adlanacaq) fərdi məlumatların toplanma, işlənmə və mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin, eləcə də hazırkı Məxfilik siyasəti qaydalarının (bundan sonra “Qaydalar” adlanacaq) müddəalarına müvafiq olaraq İstifadəçilərin fərdi məlumatlarının toplanması, işlənməsini və mühafizəsini həyata keçirir.
2. İstifadəçi şəxsi kabinet yaradarkən aşağıdakı məlumatları təqdim etməlidir:
• E-poçt ünvanı
• Şifrə
• Ad, soyad və ata adı
• İşlədiyi təşkilat
• Vəzifə
• Telefon nömrəsi.
3. İstifadəçi Portaldan istifadə edərkən İstifadəçi tərəfindən təqdim olunan əlavə məlumatlar, o cümlədən aşağıdakı analitik məlumatlar toplanır:
• Portala daxil olmaq üçün istifadə olunan cihaz barədə məlumatlar
• Portala daxil olduğu ölkə
• Veb bələdçinin növü və versiyası
• Cihazın əməliyyat sistemi
• İnternet xidməti təminatçıları
• İstifadəçinin Portalda sərf etdiyi vaxt, ziyarət vaxtı və saatı
• Portal vasitəsi ilə edilən müraciətlər haqqında məlumat
• Portalda ziyarət edilən bölmələr
4. Portal, İstifadəçi Portalı ziyarət etdikdə analitik və digər məlumatları toplamaq və saxlamaq üçün tanımlama məlumatları (çərəzlər) və veb-mayaklar da daxil olmaqla, müxtəlif texnologiyalardan istifadə edir. Tanımlama məlumatları Portaldan istifadəni asanlaşdırmağa və İstifadəçilərin məcmu məlumatlarını yaratmağa imkan verən, İstifadəçilərin cihazlarına göndərilən və saxlanan kiçik mətn sənədləridir. Bu, Portalda təqdim olunan xidmətləri inkişaf etdirməyə və İstifadəçilərə daha yaxşı xidmət etməyə kömək edir. Tanımlama məlumatları cihazınıza və ya fayllarınıza zərər verməyəcəkdir.
5. Veb-mayak veb-saytların və e-poçtların oxucularını eyniləşdirməyə imkan verən texnologiyadır (məsələn, e-poçtun oxunduğunun müəyyənləşdirilməsi).
6. Portal aşağıdakı məqsədlər üçün İstifadəçilərin fərdi məlumatlarının toplanılmasını və işlənməsini həyata keçirir:
• İstifadəçinin identifikasiyası;
• Xidmətlərin İstifadəçiyə təqdim olunması və müqavilə öhdəliklərinin yerinə yetirilməsi
• Şikayətlərin araşdırılması və hüquqi prosedurlar üçün
• Xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, onların rahat istifadə olunması, yeni xidmətlərin işlənib hazırlanması;
• Anonimləşdirilmiş məlumatlar əsasında statistik və digər tədqiqatların aparılması.
7. Müştəri tərəfindən təqdim olunan fərdi və konfidensial xarakterli məlumatlar yalnız milli və müvafiq beynəlxalq qanunvericiliklə nəzərdə tutulan tələblərə uyğun olaraq istifadə oluna bilər.
8. Portal İstifadəçiyə aid fərdi məlumatları aşağıdakı hallar istisna olmaqla kənar şəxslərə açıqlamayacaqdır:
• qanunvericilikdə göstərilən hallar (müştəri barəsində hüquq-mühafizə orqanları tərəfindən başlanılan cinayət işinin təhqiqatı, istintaqı zamanı, məhkəmələr tərəfindən icraatlarında olan işin həlli üçün əhəmiyyət daşıdıqda, digər dövlət orqanlarının İstifadəçi barəsində şikayəti araşdırması zamanı və digər hallarda həmin orqan və qurumlardan daxil olan rəsmi müraciətlər əsasında);
• Xidmətin icrası ilə bağlı Portal daxilində və ya cəlb olunmuş üçüncü şəxslə paylaşılması;
• Portalın birləşmə, satınalma və ya payların satışında iştirakı hallarında əlaqəli tərəfə məlumatlar ötürülə bilər.
Buna baxmayaraq, bütün fərdi məlumatların məxfiliyi təmin olunmağa davam edəcəkdir.
9. Portal, fərdi məlumatlarınızı qanuni olaraq icazə verilən müddətdən daha uzun müddətə saxlamır. Saxlama müddəti məlumatın xarakterindən və ya işlənilmə məqsədlərindən asılı olaraq dəyişə bilər.
10. İstifadəçilərin təhlükəsizliyinin, göstərilən Xidmətlərin davamlılığının təmin olunması və toplanılan və işlənilən fərdi məlumatları qorumaq üçün inzibati, təşkilati, texniki və fiziki tədbirlərdən istifadə edilir. Bu cür tədbirlərə şifrələmə, anonimləşdirmə, təhlükəsizlik divarı, təhlükəsizlik qurğuları və giriş hüququ sistemləri daxildir.
11. Təhlükəsizlik tədbirləri məlumatların məxfiliyi, bütövlüyü, mövcudluğu və məlumatların bərpa edilməsi imkanını qorumaq üçün tətbiq edilir.
12. Portal təhlükəsizlik tədbirlərini mütəmadi olaraq sınaqdan keçirir.