“Bildiyini paylaş, bilmədiyini öyrən.”

7
22.05.2026
“Bildiyini paylaş, bilmədiyini öyrən.” “Bildiyini paylaş, bilmədiyini öyrən.”

“Bildiyini paylaş, bilmədiyini öyrən.”

Məhz bu yanaşma PRAKKOM platformasının əsasını təşkil edən prinsiplərdən biridir.

Hüquq sahəsində bilik yalnız nəzəriyyə ilə məhdudlaşmır — praktik tətbiq, şərh və təcrübə onun ən dəyərli hissəsidir. PRAKKOM isə bu dəyəri paylaşmağa və genişləndirməyə imkan yaradır.

Platformada siz:

1. Yaxşı bildiyiniz sahələr üzrə (məsələn, Mülki Məcəllə, Əmək Məcəlləsi və s.) konkret maddələrə nəzəri və praktiki kommentariyalar yazaraq öz ekspertliyinizi nümayiş etdirə bilərsiniz.

2. Hər hansı maddəyə yazdığınız kommentariya təsdiq edildikdən sonra isə ödənişsiz abunə statusu əldə edə bilər və sizin kimi mütəxəssislərin digər maddələrə yazdığı praktiki şərhlərlə tanış olaraq bilmədiyiniz və ya az təcrübəniz olan sahələr üzrə biliklərinizi inkişaf etdirə bilərsiniz.

3. Siz həmçinin paylaşdığınız biliklər vasitəsilə öz auditoriyanızı formalaşdıra, tanınırlığınızı artıra və müştəri bazanızı genişləndirə bilərsiniz.
Bu, sadəcə platforma deyil — hüquqşünaslar üçün interaktiv bilik mübadiləsi mühitidir.

Həm öyrədən, həm öyrənən olmaq üçün siz də qoşulun.
 

Xəbərlər