PRAKKOM layihəsi SOCAR-ın Daxili İnnovasiya Proqramında uğur qazanaraq növbəti mərhələyə yüksəlmişdir

11
15.05.2026
PRAKKOM layihəsi SOCAR-ın Daxili İnnovasiya Proqramında uğur qazanaraq növbəti mərhələyə yüksəlmişdir PRAKKOM layihəsi SOCAR-ın Daxili İnnovasiya Proqramında uğur qazanaraq növbəti mərhələyə yüksəlmişdir

PRAKKOM layihəsi ilə bağlı sevincli bir xəbəri diqqətinizə çatdırırıq.

SOCAR-da həyata keçirilən “Idea Sprint – Daxili İnnovasiya Proqramı” çərçivəsində təşkil olunan “İdeyaton – Konseptin inkişafı” vörkşopunda PRAKKOM layihəsi uğurla iştirak edərək proqramın növbəti mərhələsinə keçid hüququ qazanmışdır.

İki gün davam edən vörkşop zamanı iştirakçılar tərəfindən innovativ ideyaların konseptual inkişafı, strukturlaşdırılması və praktik tətbiq imkanlarının ilkin qiymətləndirilməsi istiqamətində iş aparılmışdır.

Ümumilikdə təqdim olunmuş 71 ideya arasından 18 ideya ilkin seçim mərhələsini keçmiş, onlardan 13-ü isə münsiflər heyəti tərəfindən müsbət qiymətləndirilərək növbəti mərhələ – “Təsdiqlənmə” mərhələsinə vəsiqə qazanmışdır. PRAKKOM layihəsinin bu ideyalar sırasında yer alması mühüm nailiyyət kimi qiymətləndirilir.

Qeyd olunan nəticə layihə komandasının sistemli yanaşmasının, innovativ düşüncə tərzinin və səmərəli əməkdaşlığının göstəricisidir.

Xəbərlər