PRAKKOM platforması ilə ELSA Azərbaycan arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır

23
19.04.2026
PRAKKOM platforması ilə ELSA Azərbaycan arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır PRAKKOM platforması ilə ELSA Azərbaycan arasında əməkdaşlığa dair Memorandum imzalanmışdır

04.04.2026-cı il tarixində PRAKKOM platforması ilə ELSA Azərbaycan heyəti ilə görüş keçirilmişdir. Görüş çərçivəsində tərəflər hüquq sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmiş, gənc hüquqşünasların peşəkar inkişafına yönəlmiş təşəbbüslər, birgə layihələr və təlim proqramları ilə bağlı fikir mübadiləsi aparmışlar.

Aparılan müzakirələrin nəticəsi olaraq tərəflər arasında əməkdaşlığın qurulması barədə razılıq əldə olunmuş və bu razılaşma Memorandumun imzalanması ilə rəsmiləşdirilmişdir.

Qeyd olunan əməkdaşlığın hüquq sahəsində nəzəri və praktiki biliklərin inteqrasiyasına, eləcə də gənc hüquqşünasların inkişafına müsbət təsir göstərəcəyi gözlənilir.

Xəbərlər