İstifadə qaydaları və şərtlər
1. Portalın mülkiyyəti və istifadəsinə razılıq
1.1. Bu İstifadə qaydaları və şərtlər (bundan sonra “Qaydalar” adlanacaq) hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Babayev İlqar Süleyman oğluna (bundan sonra “Portal sahibi” adlanacaq) aid www.prakkom.az web səhifəsinə (bundan sonra “Portal” adlanacaq) və orada təklif olunan xidmətlərdən istifadəyə şamil olunur.
1.2. Portal Portal sahibinin mülkiyyətidir. Portalda olan bütün mətnlər, qrafiklər, istifadəçi interfeysi, vizual interfeys, fotolar, əmtəə nişanları, loqolar, səslər, musiqilər, kompüter kodları, habelə dizayn və struktur və Portalda olan digər elementlər, həmçinin bu Qaydaların mətni (bundan sonra hamısı birlikdə “Məzmun” adlanacaq) Portal sahibinə aiddir, əqli mülkiyyət və rəqabət qanunvericiliyinə uyğun olaraq mühafizə olunur.
1.3. Bu Portalda yerləşdirilən kommentariyalar hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxslərə müraciət etməyiniz tövsiyə olunur.
1.4. Portalda yayımlanan yazılar Portalın və Portal sahibinin deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.
1.5. BU PORTALDAN İSTİFADƏ ETMƏKLƏ, İSTİFADƏÇİ QAYDALAR İLƏ QEYD-ŞƏRTSİZ RAZILAŞMIŞ OLUR.
2. Qaydalarda istifadə olunan anlayışlar
2.1. Portal – www.prakkom.az veb-səhifəsidir.
2.2. İstifadəçi – Portala daxil olan hər hansı şəxsdir. İstifadəçi Portala daxil olduqda bu Qaydaları qəbul etmiş hesab edilir.
2.3. Abunə – Portalda şəxsi kabinet yaradaraq kommentariya yazmaq və ya abunə haqqı ödəmək yolu ilə Portalın göstərmiş olduğu xidmətlərdən yararlanan istifadəçidir.
2.4. Xidmətlər – Portalda yerləşdirilmiş qanunların kommentariyalarıyla və sualların cavablarıyla tanış olmaq imkanıdır.
2.5. Şəxsi kabinet — Portalda müvafiq fərdi məlumatları təqdim etməklə qeydiyyatdan keçərək yaradılan istifadəçi hesabıdır.
2.6. Kommentariya – Portalda yerləşən qanunların maddələri ilə bağlı Administrasiya və ya İstifadəçilər (o cümlədən Abunələr) tərəfindən yazılmış açıqlamalardır.
2.7. Abunə haqqı – Abunə statusu əldə etmək üçün İstifadəçi tərəfindən ödənilən ödənişdir.
2.8. Administrasiya – Portalı idarə edən adminlərdir.
2.9. Hüquqi rəy - Portalda yerləşən qanunların maddələrinin kommentariyaları barədə onların altında Administrasiya və ya İstifadəçilər (o cümlədən Abunələr) tərəfindən yazılmış fikirlərdir.
3. Xidmətdən istifadə
3.1. Portalda təqdim olunan xidmətlərdən istifadə üçün müvafiq fərdi məlumatları təqdim edərək şəxsi kabinet yaradılmalı və abunə statusu qazanılmalıdır.
3.2. Abunə statusu Portalda yer alan qanunlardan birinin hər hansı bir maddəsinə kommentariya yazmaq və ya abunə haqqı ödəmək yolu ilə əldə edilə bilər.
3.3. Abunə statusu əldə etmək məqsədi ilə Portalda yer alan qanunlardan birinin hər hansı bir maddəsinə kommentariya yazdığı zaman İstifadəçi İstifadə qaydaları və şərtlərlə, o cümlədən Məxfilik siyasəti ilə razılaşdığını bildirərək yazdığı kommentariyanı Administratotora göndərir.
3.4. Administrator tərəfindən İstifadəçinin yazdığı kommentariya yoxlanıldıqdan sonra uyğun görüldüyü təqdirdə təsdiq olunur, İstifadəçiyə bir həftəlik abunə statusu verilir və bu barədə onun e-poçt adresinə təsdiq bildirişi göndərilir.
3.5. Abunənin yazmış olduğu kommentariyanın altında müəllifin adı qeyd olunur və onun müəllif hüquqları qorunur.
4. Abunə haqqı və ödəniş şərtləri
4.1. Abunə haqqı online qaydada abunəlik üçün nəzərdə tutulmuş müvafiq məbləğlərdə ödənilir.
4.2. Portalda Abunə haqqının məbləği Portalın müvafiq bölmələrində göstərilir.
4.3. Abunə haqqının məbləğinə Administrasiya tərəfindən istənilən vaxt dəyişiklik edilə bilər.
4.4. Ödənilmiş Abunə haqqı geri qaytarılmır.
5. Müştərinin fərdi məlumatları
5.1. Portal fərdi məlumatların toplanma, işlənmə və mühafizəsi ilə bağlı Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin, eləcə də hazırkı Qaydaların müddəalarına müvafiq olaraq Müştərilərin fərdi məlumatlarının toplanması, işlənməsini və mühafizəsini həyata keçirir.
5.2. Müştəri şəxsi kabinet yaradarkən aşağıdakı məlumatları təqdim etməlidir:
• E-poçt ünvanı
• Şifrə
• Ad, soyad və ata adı
• İşlədiyi təşkilat
• Vəzifə
• Telefon nömrəsi.
6. Kommunikasiya
6.1. Administrasiya İstifadəçiləri tərəfindən göstərilmiş elektron poçt ünvanlarına və ya telefon nömrələrinə elektron məktubları və SMS mesajları göndərmək hüququna malikdir.
6.2. İstifadəçi anlayır, qəbul edir və razılaşır ki, belə məktublarla və mesajlarla məhdudlaşdırılmadan elanlar, təkliflər və başqa informasiya və reklam xarakterli mesajlar göndərilə bilər.
6.3. İstifadəçi təsdiqləyir ki, Administrasiya İstifadəçilərə məktub və mesajlar göndərmək məqsədləri üçün elektron poçt ünvanlarını və telefon nömrələrini üçüncü şəxslərə vermək hüququna malikdir.
7. İsifadəçinin vəzifələri
7.1. Portala doğru məlumatları təqdim etmək
7.2. Abunə statusu qazandığı təqdirdə Xidmətlərdən şəxsən istifadə etmək
7.3. Hər hansı səlahiyyətsiz şəxsin İstifadəçinin şəxsi kabinet məlumatlarından xəbərdar olduğundan və ya onun şəxsi kabinetinə daxil olmasından şübhələndiyi təqdirdə, Administrasiyaya bu barədə dərhal məlumat vermək
8. Proqram təminatı
8.1. Portal sahibi Portalın yerləşdirildiyi domen adının, Portalın özünün, mobil əlavələrin, Portalın proqram təminatının və Portalda yerləşdirilən bütün kontentin xüsusi sahibkarıdır.
8.2. Portal sahibinin yazılı icazəsi olmadan intellektual mülkiyyət obyektlərinin (o cümlədən proqram təminatının) surətini çıxarılması, dəyişdirilməsi, paylaşması, satılması (realizasiya edilməsi), mübadilə edilməsi və ya tamamilə və ya hər hansı hissəsinin icarəyə verilməsi, həmçinin də proqram təminatının mənbə kodunun "sındırılması" və ya alınmasına cəhd edilməsi qadağan edilir.
9. Əqli mülkiyyət hüququ
9.1. Portalda yerləşdirilən qanunların kommentariyaların müəlliflik hüququ kommentariyaların altında adları qeyd edilən müəlliflərə məxsusdur.
9.2. Portalda yerləşdirilən qanunların hər hansı bir maddəsinin kommentariyasında müəlliflik hüququnun pozuntusu aşkar olunarsa, bununla bağlı cavabdehliyi yalnız kommentariyanın müəllifi daşıyır.
10. Məsuliyyətin məhdudlaşdırılması
10.1. Portalda yerləşdirilən qanunların kommentariyalarında və onlara edilmiş hüquqi rəylərdə yazılmış fikirlərə görə məsuliyyət onların müəlliflərinə məxsusdur. Bu fikirlərə görə Portal sahibi və ya Administrasiya hər hansı bir məsuliyyət daşımır.
11. Mübahisələrin həlli
11.1. Hazırkı Qaydaların qəbul olunması və icra olunması ilə əlaqədar meydana çıxan bütün fikir ayrılıqları və ya mübahisələr imkan daxilində danışıqlar yolu ilə tənzimlənir.
11.2. Yaranan narazılıq, fikir ayrılığı və ya etirazlarla bağlı yazılı müraciətlərini Portalın bu e-poçt ünvanına göndərə bilər: info@prakkom.az
11.3. Əgər yaranan mübahisələr danışıqlar yolu ilə həll olunmursa, mübahisələrə qanunvericiliyə uyğun olaraq, mübahisələrin məhkəməyədək həlli proseduruna əməl edildikdən sonra, Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılacaqdır.
12. Qaydaların qüvvəsi
12.1. Qaydalar ümumilikdə Portalda dərc edildiyi andan qüvvəyə minir və müddətsiz qüvvədədir.
12.2. Administrasiya birtərəfli qaydada və İstifadəçilərə bildirmədən Qaydaları dəyişdirmək hüququna malikdir. Qaydaların yeni redaksiyası Portalda dərc edilməsi tarixindən qüvvəyə minir.
12.3. İstifadəçi istənilən vaxt özünün Servisin xidmətlərindən istifadə hüququnu dayandırmaq hüququna malikdir. Bundan sonra İstifadəçi yeni Elanları yerləşdirmək hüququna malik deyildir.
12.4. Administrasiya şəxsi mülahizə üzrə istənilən an İstifadəçinin girişini dayandırmaq hüququna malikdir.
13. Yekun müddəalar
13.1. Qaydaların İstifadəçilərindən hər hansı biri tərəfindən pozulması halında Administrasiya tərəfindən fəaliyyətsizlik daha sonra Administrasiyanı öz maraqlarının və hüquqlarının müdafiəsinə uyğun olan hərəkətləri etmək hüququndan məhrum etmir.
13.2. Istifadəçi təsdiqləyir ki, hazırkı Qaydaların bütün bəndləri ilə tanış olmuşdir və onları tam həcmdə qəbul edir.
13.3. Administrasiya Qaydalara, Məzmuna, qiymətlərə istənilən vaxt dəyişiklik etmək, müəyyən hissələr əlavə etmək və ya çıxarmaq üzrə müstəsna hüquqlara malikdir.
13.4. Bu Qaydalara mütəmadi dəyişikliklər edilməsini yoxlamaq İstifadəçinin öhdəliyindədir.
13.5. Portaldan istifadə etməklə İstifadəçi Qaydalara edilmiş dəyişikliklərlə razılaşmış olur.
13.6. Qaydaların şərtlərinə əməl etdiyiniz müddətdə Sizə Portala daxil olmaq və istifadə etmək imkanı yaradılır.