PRAKKOM komandası növbəti görüşünü keçirdi

10
16.05.2026
PRAKKOM komandası növbəti görüşünü keçirdi PRAKKOM komandası növbəti görüşünü keçirdi

16 may 2026-cı il tarixində PRAKKOM komandasının növbəti görüşü baş tutub. Görüş çərçivəsində layihə üzrə indiyədək görülmüş işlər, əldə olunmuş nailiyyətlər və həyata keçirilmiş fəaliyyətlərin nəticələri geniş şəkildə müzakirə olunub.

Tədbirdə, eyni zamanda, layihənin icrası zamanı qarşıya çıxan problemlər və onların həlli yolları ətrafında fikir mübadiləsi aparılıb. Komanda üzvləri mövcud çətinliklərin aradan qaldırılması üçün praktiki yanaşmalar irəli sürərək gələcək fəaliyyətlərdə daha effektiv mexanizmlərin tətbiqinin vacibliyini vurğulayıblar.

Bununla yanaşı, qarşıdakı dövrdə görüləcək işlər, prioritet istiqamətlər və diqqət yetirilməli əsas məqamlar müəyyən edilib. Görüş zamanı layihənin davamlı inkişafı və daha səmərəli icrası üçün koordinasiyanın gücləndirilməsi, planlaşdırmanın təkmilləşdirilməsi və komanda daxilində əməkdaşlığın artırılması xüsusi qeyd olunub.

Sonda PRAKKOM layihəsinin növbəti mərhələdə daha uğurlu nəticələr əldə edəcəyi ilə bağlı əminlik ifadə olunub.

Xəbərlər