PRAKKOM rəsmi olaraq fəaliyyətə başladığını elan edir

65
01.09.2025
PRAKKOM rəsmi olaraq fəaliyyətə başladığını elan edir PRAKKOM rəsmi olaraq fəaliyyətə başladığını elan edir

PRAKKOM (Praktik Kommentariya) — qanunvericiliyin yalnız nəzəri izahını deyil, həm də praktik tətbiq mexanizmini sistemli və əlçatan formada təqdim etməyi hədəfləyən elektron hüquq platformasıdır.

Müasir hüquqi mühitdə normativ aktların düzgün tətbiqi üçün qanun mətnləri ilə yanaşı, qanunaltı aktlar, məhkəmə təcrübəsi, institusional yanaşmalar və tətbiq zamanı formalaşmış praktik nüansların birlikdə nəzərə alınması zəruridir. Bu məlumatların vahid və istifadəsi rahat mənbədə təqdim edilməsi hüquqi qərarların keyfiyyətini artırır və riskləri azaldır.

PRAKKOM-un məqsədi hüquqşünaslar, sahibkarlar və hüquqi məsələlərlə qarşılaşan bütün istifadəçilər üçün praktik yönümlü, etibarlı və müasir hüquqi məlumat platforması yaratmaqdır.

Hazırda platformanın inkişafı və kontent bazasının formalaşdırılması istiqamətində işlər davam etdirilir. Yaxın zamanda funksional imkanlar və əməkdaşlıq perspektivləri barədə əlavə məlumat təqdim olunacaqdır.

Bizi izləyin.