PRAKKOM komandasının genişləndirilməsi istiqamətində addımlar atılmağa davam edir.

5
13.04.2026
PRAKKOM komandasının genişləndirilməsi istiqamətində addımlar atılmağa davam edir. PRAKKOM komandasının genişləndirilməsi istiqamətində addımlar atılmağa davam edir.

12 aprel 2026-cı il tarixində PRAKKOM komandasına namizədlərlə növbəti görüş baş tutdu. Görüş çərçivəsində namizədlərə layihə haqqında ətraflı məlumat təqdim olundu, komandaya qoşulmaq üçün tələb olunan meyarlar izah edildi. Eyni zamanda, layihənin gələcək inkişaf perspektivləri, iştirakçıların əldə edə biləcəyi təcrübə və faydalar geniş şəkildə müzakirə olundu. Bu görüşlər yalnız seçim prosesi deyil, həm də potensial komanda üzvləri ilə qarşılıqlı fikir mübadiləsi və gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. PRAKKOM olaraq məqsədimiz güclü, peşəkar və innovativ düşüncəyə malik komanda formalaşdırmaqdır. Bu istiqamətdə görüşlərimiz davam edir.