“PRAKKOM” layihəsiylə bağlı akademik və praktik hüquqşünaslarla görüşlər davam edir
“PRAKKOM” layihəsi çərçivəsində hüquq elmi ilə hüquq tətbiqi arasında daha sistemli və davamlı körpünün qurulması istiqamətində görüşlərimizi davam etdiririk.
Son günlər həm universitetlərdə fəaliyyət göstərən alimlərlə, həm də müxtəlif sahələr üzrə ixtisaslaşmış praktik hüquqşünaslarla məhsuldar müzakirələr aparırıq. Görüşlər zamanı:
🔹 "PRAKKOM" layihəsinin inkişaf perespektivləri,
🔹 elmi tədqiqatların real hüquqi problemlərə inteqrasiyası,
🔹 digər praktik və akademik hüquqşünasların da layihəyə cəlb edilməsi,
🔹 gənc hüquqşünasların peşə bacarıqlarının artırılması,
🔹 və institusional əməkdaşlıq mexanizmləri ətrafında fikir mübadiləsi aparılır.
Layihənin əsas məqsədi – nəzəri biliklə praktik təcrübəni qarşı-qarşıya deyil, yanaşı və tamamlayıcı şəkildə inkişaf etdirməkdir.
İnanıram ki, akademiya ilə praktikanın sintezi hüquq sistemimizin keyfiyyətinə birbaşa təsir göstərən əsas amillərdən biridir. Qarşıdakı mərhələdə daha geniş platformada təqdimatlar və institusional tərəfdaşlıqlar planlaşdırılır.
PRAKKOM layihəsiylə bağlı ən son yenilikləri platformanın sosial media səhifələrində izləyə bilərsiniz:
https://www.linkedin.com/company/prakkom-az/?viewAsMember=true
https://www.facebook.com/profile.php?id=61588622014107