Maddə 211.
Yol vergisinin dərəcələri
211.1. Avtonəqliyyat vasitələrinin növündən, mühərriklərinin həcmindən, Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən, oturacaqlarının sayından, oxlarının sayından və avtonəqliyyat vasitəsinin yüklə birlikdə ümumi çəkisindən, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və Azərbaycan Respublikasının ərazisini tərk edən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi aşağıdakı dərəcələrlə hesablanır:
211.1.1. Azərbaycan Respublikasının ərazisinə daxil olan, Azərbaycan Respublikasının ərazisindən tranzit keçən və bu Məcəllənin 211.1.1-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrindən:
211.1.1.1. minik avtomobilləri üçün mühərriklərinin həcmindən və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
Ölkə ərazisində qaldığı müddət Mühərrikin həcmi 2000 kub santimetrədək olduqda Mühərrikin həcmi 2000 kub santimetrdən 4000 kub santimetrədək olduqda Mühərrikin həcmi 4000 kub santimetrdən çox olduqda
1 aya qədər 15 ABŞ dolları 20 ABŞ dolları 40 ABŞ dolları
3 aya qədər 30 ABŞ dolları 40 ABŞ dolları 60 ABŞ dolları
1 ilə qədər 40 ABŞ dolları 80 ABŞ dolları 120 ABŞ dolları
1 ildən yuxarı 40 ABŞ dolları + 1 ildən artıq qalan hər gün üçün 0,5 ABŞ dolları 80 ABŞ dolları +1 ildən artıq qalan hər gün üçün 0,6 ABŞ dolları 120 ABŞ dolları+ 1 ildən artıq qalan hər gün üçün 1,2 ABŞ dolları
211.1.1.2. avtobuslar üçün oturacaq yerlərinin sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
Ölkə ərazisində qaldığı müddət
Oturacaq yerlərinin sayı 12-dək olanda Oturacaq yerlərinin sayı 13-dən 30-dək olanda Oturacaq yerlərinin sayı 31 və çox olanda
1 gün üçün 15 ABŞ dollar 20 ABŞ dollar 25 ABŞ dollar
1 həftədəyək 30 ABŞ dollar 40 ABŞ dolları 50 ABŞ dollar
1 aya qədər 100 ABŞ dollar 140 ABŞ dollar 175 ABŞ dollar
3 aya qədər 300 ABŞ dollar 400 ABŞ dollar 500 ABŞ dollar
1 ilə qədər 1050 ABŞ dollar 1400 ABŞ dollar 1750 ABŞ dolları
1 ildən yuxarı
1050 ABŞ dolları + 1 ildən artıq
qaldığı hər gün üçün 12 ABŞ dolları 1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları 1750 ABŞ dolları + 1ildən artıq qaldığı hər gün üçün 20 ABŞ dolları
211.1.1.3. yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri üçün oxların sayından və Azərbaycan Respublikasının ərazisində qaldığı müddətdən asılı olaraq:
Ölkə ərazisində qaldığı müddət 4 (dörd) oxa qədər olanda 4 (dörd) ox və çox olanda
1 gün üçün 20 ABŞ dollar 30 ABŞ dollar
2 həftəyədək 40 ABŞ dollar 80 ABŞ dollar
1 aya qədər 140 ABŞ dollar 280 ABŞ dollar
3 aya qədər 400 ABŞ dollar 800 ABŞ dollar
1 ilə qədər 1400 ABŞ dollar 2800 ABŞ dolları
1 ildən yuxarı 1400 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları 2800 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları
211.1.1.4. Azərbaycan Respublikasının ərazisinə daxil olan və bəyan edilmiş müddətdən artıq ölkə ərazisində qalan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri üçün Azərbaycan Respublikasının ərazisini tərk edən zaman ölkə ərazisində artıq qaldığı müddətdən asılı olaraq ödənilməli olan yol vergisinin yekun məbləği bu Məcəllənin 211.1.1.1-ci, 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq hesablanmış yol vergisinin məbləğindən ölkə ərazisinə daxil olarkən ödənilmiş yol vergisinin məbləği çıxılmaqla hesablanır.
211.1.1.5. Azərbaycan Respublikası ilə xarici dövlətlər arasında qüvvədə olan beynəlxalq avtomobil əlaqələri haqqında hökumətlərarası sazişlərə əsasən kvotalar çərçivəsində mübadilə edilmiş "İcazə" blankları ilə Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri üçün yol vergisi ödəmələrində azadolmalar nəzərdə tutulduğu hallarda daxil olduqları andan 30 gün sonra ölkədə əlavə qaldıqları müddətdən asılı olaraq, bu Məcəllənin 211.1.1.2-ci və 211.1.1.3-cü maddələrinə uyğun olaraq yol vergisinə cəlb edilirlər.
211.1.2. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,07 manat olmaqla hesablanır və topdansatış qiymətinə (ƏDV və aksiz daxil olmaqla) əlavə edilir. İdxal olunan avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisi onların hər litrinə 0,07 manat olmaqla hesablanır və Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən, lakin onların topdansatış bazar qiymətindən aşağı olmayan gömrük dəyərinə (idxal rüsumu, aksiz və ƏDV daxil olmaqla) əlavə edilir.
Bu maddə ilə müəyyən edilən yol vergisinin dövlət büdcəsinin tərkibində məqsədli büdcə fondları arasında bölgüsü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
211.2. Bu Məcəllənin 211.1.1.3-cü maddəsində göstərilən verginin məbləği ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə Azərbaycan Respublikasının ərazisində qət edilən yolun hər kilometri üçün aşağıdakı qədər artırılır:
211.2.1. nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi:
38 tondan 41 tonadək olduqda - 0,15 ABŞ dolları;
41 tondan 51 tonadək olduqda - 0,30 ABŞ dolları;
51 tondan 61 tonadək olduqda - 0,45 ABŞ dolları;
61 tondan 71 tonadək olduqda - 0,60 ABŞ dolları;
71 tondan 81 tonadək olduqda - 0,75 ABŞ dolları;
81 tondan çox olduqda - 1,8 ABŞ dolları;
211.2.2. oxa düşən maksimum mümkün ağırlıq oxarası məsafəyə uyğun normativ həddən:
20 faizədək olduqda - 0,5 ABŞ dolları;
20 faizdən 50 faizədək olduqda - 1 ABŞ dolları;
50 faizdən 70 faizədək olduqda - 2 ABŞ dolları;
211.3. Ağır çəkili avtonəqliyyat vasitələrinə aşağıdakılar aid edilir:
yüklə birlikdə çəkisi 36 tondan yuxarı, bir oxa düşən yük 10 tondan artıq olan avtonəqliyyat vasitələri;
oxarası məsafə 1,61-2,5 metr olduqda bir oxa düşən ağırlıq - 9 tondan, 1,31-1,6 metr olduqda - 8 tondan, 1-1,3 metr olduqda 7 tondan və 1 metrədək olduqda 6 tondan çox olan çoxoxlu (2 və daha çox oxlu) avtonəqliyyat vasitələri.
211.3. Təhlükəli yüklərin daşınmasına görə bu Məcəllənin 211.1.1.3-cü maddəsində göstərilən verginin məbləği aşağıdakı qədər artırılır:
Ölkə
ərazisində qaldığı müddət 4 oxa qədər olduqda 4 ox və çox olduqda
az
təhlükəli yüklər üçün təhlükəli yüklər üçün xüsusi təhlükəli yüklər üçün az
təhlükəli yüklər üçün təhlükəli yüklər üçün xüsusi təhlükəli yüklər üçün
1 gün üçün 20 ABŞ dolları 40 ABŞ dolları 80 ABŞ dolları 30 ABŞ dolları 60 ABŞ dolları 120 ABŞ dolları
2 həftəyədək 40 ABŞ dolları 80 ABŞ dolları 160 ABŞ dolları 80 ABŞ dolları 160 ABŞ dolları 320 ABŞ dolları
1 aya qədər 140 ABŞ dolları 280 ABŞ dolları 560 ABŞ dolları 280 ABŞ dolları 560 ABŞ dolları 1120 ABŞ dolları
3 aya qədər 400 ABŞ dolları 800 ABŞ dolları 1600 ABŞ dolları 800 ABŞ dolları 1600 ABŞ dolları 3200 ABŞ dolları
1 ilə qədər 1400 ABŞ dolları 2800 ABŞ dolları 5600 ABŞ dolları 2800 ABŞ dolları 5600 ABŞ dolları 11200 ABŞ dolları
1 ildən yuxarı 1400 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 15 ABŞ dolları 2800 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları 5600 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 60 ABŞ dolları 2800 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 30 ABŞ dolları 5600 ABŞ dolları +1 ildən artıq qaldığı hər gün üçün 60 ABŞ dolları 11200 ABŞ dolları + 1 ildən artıq qaldığı hər gün üçün 120 ABŞ dolları
211.4. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) avtomobil benzininə, dizel yanacağına və maye qaza görə hesablanmış yol vergisinə nəzarət dövlət vergi orqanları, Azərbaycan Respublikasının ərazisinə idxal edilən avtomobil benzininə, dizel yanacağına və maye qaza görə yol vergisinin hesablanmasına və ödənilməsinə nəzarət isə gömrük orqanları tərəfindən həyata keçirilir.