Maddə 156.

Könüllü qeydiyyat

 
156.1. Qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.
156.1-1. bu Məcəllənin 218.4.1-ci maddəsində nəzərdə tutulan, göstərilən xidmətlərin dəyərini nağdsız qaydada əldə edən şəxslər (taksi fəaliyyəti göstərən şəxslər istisna olmaqla) bu Məcəllənin 156-cı maddəsi ilə müəyyən edilən hüquqdan istifadə edə bilərlər.
156.1-2. Bu Məcəllənin 156.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər yanvar ayının 31-dən gec olmayaraq, ƏDV məqsədləri üçün qeydiyyata alınmasına dair ərizəni uçotda olduğu vergi orqanına təqdim edir və həmin şəxslərin ƏDV məqsədləri üçün qeydiyyatı həmin ayın birinci günündən qüvvəyə minir.
156.2. Çıxarılmışdır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.