Maddə 431-1.

İşə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxılması

 
431-1.1. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə yenidən baxıla bilər.
431-1.2. Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə məhkəmə aktlarına yenidən baxmaq üçün əsaslar aşağıdakılardır:
431-1.2.1. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının və ya məhkəməyə müraciət etmək hüququnu pozan məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarına uyğun olmadığı hesab edilməsi;
431-1.2.2. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının məhkəmələrinin işə baxarkən "insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın müddəalarını pozduğu müəyyən edilməsi.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.