Maddə 148.
Cavabdehin axtarışı
148.1. Dövlət mənafeyi ilə əlaqədar irəli sürülən, habelə aliment alınması, xəsarət yetirmə və ya sağlamlığı başqa şəkildə pozma, yaxud ailəni dolandıranın ölümü ilə vurulan ziyanın ödənilməsi haqqında tələblər üzrə cavabdehin olduğu yer məlum olmadıqda, məhkəmə polis orqanları vasitəsi ilə cavabdehin axtarışını elan etməyə borcludur.
148.2. Cavabdehin axtarışı ilə əlaqədar xərclərin tutulması axtarışın aparılması həvalə edilən orqanın ərizəsinə əsasən məhkəmə əmrinin verilməsi yolu ilə həyata keçirilir.
İkinci bölmə.
Birinci instansiya məhkəməsində icraat
Birinci yarımbölmə
İddia icraatı
Fəsil 12
İddianın verilməsi
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.