Maddə 105.

Şahidin hüquqları və vəzifələri

 
105.1. Şahidin hüquq və vəzifələri bu Məcəllənin 62-ci maddəsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilir.
105.2. Şahid xəstəlik, qocalıq, əlillik, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu və ya sair üzürlü səbəblər nəticəsində məhkəmənin çağırışı üzrə gələ bilmədikdə, olduğu yerdə məhkəmə tərəfindən dindirilə bilər.
105.3. Şahid çağırılması ilə əlaqədar çəkdiyi xərcləri və itirdiyi vaxta görə pul əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.