Maddə 994.

Sənədli qiymətli kağızların zədələnməsi, korlanması

 
Sənədli qiymətli kağız zədələnmək və ya korlanmaq nəticəsində dövriyyə üçün yararsız olduqda onun mülkiyyətçisi emitentdən zədələnmiş və ya korlanmış kağızın qaytarılması müqabilində yeni qiymətli kağız verməyi tələb edə bilər, bu şərtlə ki, həmin kağızda onun əsas məzmununu və fərqləndirici əlamətlərini inamla müəyyənləşdirmək hələ mümkün olsun. Zədələnmiş və ya korlanmış sənədli qiymətli kağızın əvəz olunması xərclərini onun mülkiyyətçisi çəkir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.