Maddə 975.
Tapşırığın icrası
975.1. Ödəyicinin ödəniş tapşırığını qəbul etmiş bank müvafiq pul məbləğini tapşırıqda göstərilmiş şəxsin hesabına salınmaq üçün vəsait alanın bankına bu Məcəllənin 973.1-ci maddəsi ilə müəyyənləşdirilmiş müddətdə köçürməlidir.
975.2. Bank müştərinin tapşırığında göstərilmiş hesaba pul vəsaitinin köçürülməsi əməliyyatlarının yerinə yetirilməsi üçün digər bankları cəlb edə bilər.
975.3. Bank ödəyiciyə tapşırığın icrası haqqında dərhal bildiriş verməlidir. Ödəniş tapşırığının icrasından sonra məlumatlandırma ilə bağlı digər tələblər “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.