Maddə 972.
Nağdsız hesablaşmaların formaları
972.1. Nağdsız hesablaşmalar aparılarkən ödəniş tapşırıqları ilə, akkreditiv üzrə hesablaşmalara, inkasso üzrə, çeklərlə, ödəniş kartları ilə, elektron şəklində hesablaşmalara, habelə qanunla, qanuna uyğun müəyyənləşdirilmiş bank qaydaları ilə və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda hesablaşmalara yol verilir.
972.1-1. Maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı mərkəzi depozitarın açdığı pul hesabları üzrə nağdsız hesablaşmalar “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir.
972.2. Müqavilə üzrə tərəflərin bu Məcəllənin 972.1-ci maddəsində göstərilmiş hesablaşma formalarından hər hansı birini seçmək və müqavilədə müəyyənləşdirmək hüququ vardır.
§ 2. Ödəniş tapşırıqları ilə hesablaşmalar