Maddə 942.

Sığorta vasitəçilərinin sığortalı və ya təkrarsığortalı qarşısında subsidiar öhdəliyi

 
Sığorta vasitəçisi onun vasitəçiliyi ilə müvafiq hallarda sığorta və ya təkrarsığorta fəaliyyətinə lisenziyası olmayan şəxslə bağlanmış sığorta və ya təkrarsığorta müqaviləsinə, yaxud müvafiq sığorta növünün aparılmasına icazəsi olmayan sığortaçı ilə bağlanmış sığorta müqaviləsinə görə, həmçinin bu Məcəllənin 941.5-ci və 941.8-ci maddələrinə əməl etməməsi üzündən sığortalının (təkrarsığortalının) mənafelərinin pozulmasına görə onun qarşısında həmin sığorta (təkrarsığorta) müqaviləsində sığortaçıya (təkrarsığortaçıya) aid nəzərdə tutulan vəzifələrin yerinə yetirilməsi üzrə sığortaçı (təkrarsığortaçı) kimi subsidiar öhdəlik daşıyır.
 
51 – ci fəsil.
 
Bank əmanəti
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.