Maddə 876.
Daimi renta ödənilməsi üçün verilmiş əmlakın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski
876.1. Daimi renta ödənilməsi üçün pulsuz verilmiş əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski renta ödəyicisinin üzərinə düşür.
876.2. Daimi renta ödənilməsi üçün haqq müqabilində verilmiş əşya təsadüfən məhv olduqda və ya təsadüfən zədələndikdə ödəyici müvafiq olaraq, rentanın ödənilməsi öhdəliyinə xitam verilməsini və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsini tələb edə bilər.
§3. Ömürlük renta
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.