Maddə 788.

Brokerin muzd almaq hüququnun əmələ gəlməsi. Xərclərin əvəzinin ödənilməsi

 
788.1. Brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər.
788.2. Brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir.
788.3. Əgər broker başqa iştirakçıya broker müqaviləsinə zidd üsulla xidmətlər göstərmişsə və ya vicdanlılıq prinsipinə zidd olaraq digər tərəfdən də muzd almağı şərtləşdirmişdirsə, onun muzd almaq və xərclərinin əvəzinin ödənilməsi hüququ istisna edilir.
 
42-ci fəsil.
 
 
Ticarət nümayəndəsi (agent)
 
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.