Maddə 296.

Girov qoyulmuş əşyaya tutmanın yönəldilməsi qaydası

 
296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
296.2. Girov predmetinə tutma aşağıdakı hallarda yalnız məhkəmənin qərarı ilə yönəldilə bilər:
296.2.1. girov müqaviləsinin bağlanması üçün başqa şəxsin razılığı və icazəsi tələb olunduqda;
296.2.2. girov predmeti cəmiyyət üçün mühüm tarixi, bədii və ya mədəni dəyərli əşya olduqda.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.