Maddə 1322.
Vərəsəlik şəhadətnaməsinin verildiyi müddət
Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.