Maddə 1078-35.

Fond birjası

 
1078-35.1. Fond birjası - qapalı səhmdar cəmiyyəti formasında yaradılan, öz üzvləri arasında qiymətli kağızlarla ticarəti təşkil edən və bağlanmış əqdlərin icrasını təmin edən ticarət təşkilatçısıdır.
 
1078-35.2. Adında "Fond birjası" ifadəsini yalnız fond birjası peşəkar fəaliyyətini həyata keçirən şəxs istifadə edə bilər.
1078-35.3 Fond birjası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş standartlar əsasında fəaliyyətini tənzimləyən daxili qaydaları təsdiq etməlidir.
1078-35.4. Fond birjasının nizamnamə kapitalının minimal miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
1078-35.5. Fond birjası yalnız adi adlı səhmlər emissiya edə bilər.
1078-35.6. Fond birjasının səhmdarlarının hər biri birjanın səhmlərinin sayının iyirmi faizindən çox olmamaqla səhmlərin sahibləri ola bilərlər.
1078-35.7. Fond birjası ticarəti öz üzvləri arasında təşkil edir. İstisna qaydasında Azərbaycan Respublikasının Mərkəzi Bankı birja ticarətində birja üzvü olmadan iştirak edə bilər.
1078-35.8. Fond birjasının işçiləri qiymətli kağızlar bazarının peşəkar iştirakçıları və onların təsisçiləri ola bilməzlər, həmçinin fond birjasının fəaliyyətində sahibkarlar kimi iştirak edə bilməzlər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.