Maddə 1023.
Köçürmə vekselinin ödəniş vaxtı (ödəniş müddətləri)
1023.1. Köçürmə vekseli aşağıdakı ödəniş müddəti ilə verilə bilər:
1023.1.1. təqdim edildiyi an;
1023.1.2. təqdim edildikdən sonra müəyyən müddətdə;
1023.1.3. tərtib edildikdən sonra dəqiq göstərilmiş vaxtda;
1023.1.4. müəyyən gündə.
1023.2. Başqa ödəniş müddətləri və ya bir neçə ardıcıl ödəniş müddəti olan köçürmə vekselləri etibarsızdır.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.