Maddə 64.

İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi

 
1. Bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada yerlərinin attestasiyasının keçirilməsini attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 10 günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir.
2. İşəgötürən müvafiq yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın ya texnologiyanın tətbiqi zamanı yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət yerlərinin attestasiyası komissiyası yaradılır.
3. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.