Maddə 4.

Bu Məcəllənin tətbiq edildiyi iş yerləri

 
1. Bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki hüquqi şəxslərin təsis etdikləri mülkiyyət təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında müəssisələr), eləcə müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında digər yerlərində tətbiq edilir.
2. Bu Məcəllə işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində, habelə məsafədən (distant) iş formasında yerinə yetirən işçilərə şamil edilir.
3. Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi elmi müəssisə təşkilatların, ali təhsil müəssisələrinin elmi və pedaqoji işçilərinə şamil edilmir.
4. Ələt azad iqtisadi zonasında əmək münasibətləri Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.