Maddə 36.

Kollektiv sazişin tərəfləri

 
1. Kollektiv saziş aşağıdakı tərəflər arasında bağlanıla bilər:
a) Baş kollektiv saziş – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), həmkarlar ittifaqlarının və işəgötürənlərin ümumrespublika (respublika) birlikləri arasında;
b) Sahə (tarif) kollektiv sazişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), həmkarlar ittifaqlarının peşələr, sahələr üzrə birlikləri arasında;
c) Ərazi (rayon) kollektiv sazişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), həmkarlar ittifaqlarının ərazi birlikləri arasında.
2. Baş, Sahə Ərazi kollektiv sazişləri üçtərəfli müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), həmkarlar ittifaqları birlikləri işəgötürənlərin nümayəndəli orqanları (birlikləri) arasında bağlanıla bilər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.