Maddə 191.

İşəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti

 
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır:
a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda;
b) təqsirkarın əməli, yəni hərəkəti ya hərəkətsizliyi qanuna zidd olduqda;
c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.