Maddə 185.
Əmək və icra intizamına əməl edilməsinə görə fərqlənmiş işçilərin mükafatlandırılması
1. Əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, daxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən:
pul və ya qiymətli əşyalar hədiyyə edilməklə;
əlavə məzuniyyət verilməklə;
əmək haqqına fərdi əlavə edilməklə;
daha yüksək məbləğdə fərdi sığorta edilməklə;
sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə;
müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.
İyirmi doqquzuncu fəsil
Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi qaydaları
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.