Maddə 12.

İşəgötürənin əsas vəzifələri və məsuliyyəti

 
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:
a) əmək müqaviləsinin şərtlərinə onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək;
b) bu Məcəllənin əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək;
c) əmək müqavilələrinə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla qaydada xitam vermək;
ç) kollektiv müqavilələrin, sazişlərin şərtlərinə, onlarda nəzərdə tutulmuş öhdəliklərə əməl etmək;
d) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
e) işçilərin ərizə şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaydada baxmaq;
ə) işçilərin əmək, maddi, sosial-məişət şəraitinin, onların ailəsinin rifah halının yaxşılaşdırılması üçün müəssisənin əsasnaməsinə (nizamnaməsinə), kollektiv müqaviləyə müvafiq olaraq zəruri tədbirlər görmək;
f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq bərabər imkanlar yaratmaq;
g) cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək;
ğ) uşaqları onların həyatına, sağlamlığına ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etməmək;
h) əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla);
x) bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilməsini təmin etmək;
ı) Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsini təmin etmək;
i) Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək;
j) işçilərin qanunla müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta, işsizlikdən sığorta istehsalatda bədbəxt hadisələr peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta haqlarının vaxtında tam həcmdə ödənilməsini təmin etmək;
k) elektron informasiya sisteminə əmək müqaviləsi ilə bağlı daxil etdiyi məlumatların tam düzgün olmasını təmin etmək;
q) işçiyə bədən tərbiyəsi idmanla, o cümlədən rejimi şəraitində işdən sonrakı reabilitasiya peşəkar-tətbiqi məşqlərlə, idman-sağlamlıq turizmi ilə məşğul ola bilməsi üçün şərait yaratmaq;
l) elektron informasiya sisteminə strukturuna, peşə vəzifələrin iyerarxiyasına uyğun ştat vahidlərini daxil etmək.
2. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.