Maddə 7-1.
Hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun dövlət qeydiyyatına alınması qaydası
Hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatı, habelə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı 2 gündən gec olmayaraq həyata keçirilməlidir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı sürətli elektron dövlət qeydiyyatı zamanı dərhal, adi elektron dövlət qeydiyyatı zamanı isə 1 gündən gec olmayaraq həyata keçirilməlidir.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.