Maddə 3.

Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik

 
3.1. Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
3.2. Ələt azad iqtisadi zonasında hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.