Maddə 17.
Dövlət qeydiyyatı barədə məlumatlandırma
17.1. Hüquqi şəxs, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra, habelə dövlət qeydiyyatına alınmış həmin qurumlar və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verir.
17.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə apellyasiya məhkəməsinin qərarı qüvvəyə mindiyi tarixdən 3 gün müddətində siyasi partiyanın fəaliyyətinin dayandırılması barədə, həmçinin siyasi partiyanın ləğvi barədə qeyd hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi tarixdən 3 gün müddətində siyasi partiyanın ləğvi barədə məlumatı mediada dərc etdirir və (və ya) yayımlayır.