Maddə 35-1.

Əmtəə nişanları və coğrafi göstəricilər ilə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili

Əmtəə nişanları və coğrafi göstəricilər ilə bağlı iddia sənədinin qəbulunu (iddia sənədinin ilkin ekspertizası və ekspertizası daxil olmaqla), əmtəə nişanına dair ilkinliyin müəyyən edilməsini, iddia sənədinin materiallarının tamamlanmasına, dəqiqləşdirilməsinə və ona düzəliş edilməsinə və iddia sənədlərinin (o cümlədən ilkinlik üzrə sənədlərin) təqdim edilmə müddətinin uzadılmasına dair vəsatətlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış ixtisaslaşmış hüquqi şəxs həyata keçirir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.