Maddə 24.
Əmtəə nişanlarını və coğrafi göstəricilərin xarici dövlətlərdə qeydə alınması
Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxslərinin müəyyənləşdirilmiş qaydada əmtəə nişanını və coğrafi göstəricini xarici dövlətlərdə qeydə aldırmaq və ya onun beynəlxalq qeydiyyatını həyata keçirmək hüququ vardır.
Əmtəə nişanının beynəlxalq qeydiyyatına dair iddia sənədi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum vasitəsilə verilir.
Coğrafi göstəricinin xarici dövlətlərdə qeydiyyatına dair iddia sənədi coğrafi göstərici Azərbaycan Respublikasında qeydə alındıqdan sonra verilir.
III fəsil
ƏMTƏƏ NİŞANLARINDAN VƏ COĞRAFİ GÖSTƏRİCİLƏRDƏN İSTİFADƏ
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.