Maddə 216.
Verginin dərəcələri
216.1. Yerin təkindən çıxarılan xam neftə görə mədən vergisinin dərəcəsi xam neftin hər tonuna görə 12 manat, təbii qaz və kondensatlara görə isə təbii qazın və kondensatların hər min kubmetrinə görə 15 manat məbləğində müəyyən edilir.
216.1-1. Yerin təkindən çıxarılan filiz faydalı qazıntılara (bütün növ metallara) görə mədən vergisinin dərəcəsi onların topdansatış qiymətinin 3 faizi məbləğində müəyyən edilir.
216.2. Yerin təkindən çıxarılan aşağıdakı faydalı qazıntıların növündən asılı olaraq mədən vergisi hər kubmetr üçün aşağıdakı dərəcələrlə hesablanır:
Mədən vergisinə cəlb olunan faydalı qazıntıların adı Mədən vergisinin dərəcələri
(manatla)
Qeyri-filiz faydalı qazıntıları:
- seolit 1,0
- barit 1,0
- mişar daşları 2,0
- çınqıl xammalı 1,0
- yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər 1,0
- bentonit gilləri 1,0
- kərpic-kirəmit gilləri 1,0
- vulkan külü və pemza 1,0
- kvars qumları 1,0
- tikinti qumları 1,0
- sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü) 1,0
- gips, gəc 1,0
- üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı) 1,0
- qiymətli və yarımqiymətli bəzək daşları 6,0
- duz 6,0
- yodlu-bromlu sular 0,04
- mineral sular 10,0