Maddə 195.
Elektron qaimə-fakturaları
195.1. Bu Məcəllənin 195.3-cü maddəsi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, aksizli malları göndərən vergi ödəyicisi normativ hüquqi aktlara uyğun olaraq malı qəbul edənə elektron qaimə-faktura yazmalı və verməlidir.
195.2. Elektron qaimə-faktura müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada tərtib edilən və bu Məcəllənin 176.2-ci maddəsində nəzərdə tutulmuş rekvizitləri özündə əks etdirən sənəddir.
195.3. Mallar pərakəndə qaydada göndərildiyi hallarda elektron qaimə-faktura əvəzinə qəbz və ya çek verilə bilər. Qəbzlər, çeklər, müəyyən edilmiş qaydada tərtib edilməyən elektron vergi hesab-fakturaları və nağd aparılan əməliyyatların rəsmiləşdirildiyi sənədlər bu Məcəllənin 189-cu maddəsinin məqsədləri üçün aksizin əvəzləşdirilməsinə əsas vermir və bu Məcəllənin digər maddələrində göstərilən müddəalardan asılı olmayaraq, aparılan əvəzləşdirmə etibarsız hesab edilir.
XIII fəsil. Əmlak vergisi