Maddə 193.
Təkrar ixrac zamanı aksizin qaytarılması
193.1. Sonradan təkrar ixrac məqsədi ilə idxal olunan mallar üçün aksiz, malların idxalı vaxtı (bu Məcəllənin 190.1.1 -190.1.3-cü maddələrində göstərilən aksizli mallara münasibətdə həmin mallar üçün məcburi nişanın alındığı vaxt) ödənilir və sonradan təkrar ixracın faktiki həcminə müvafiq məbləğdə aksizi almış gömrük orqanları tərəfindən 15 gün ərzində geri qaytarılır.
193.2. Bu Məcəllənin 188.1.4-cü maddəsinə uyğun olaraq aksizlərdən azad edilən idxal mallarına bu Məcəllənin 193.1-ci maddəsi tətbiq edilmir.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.