Maddə 184.

Vergitutma obyekti

 
184.1. Aşağıdakı əməliyyatlar vergitutma obyektləridir:
184.1.1. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, bu Məcəllənin 190.1.1 -190.1.3-cü maddələrində göstərilən aksizli mallardan başqa digər aksizli malların istehsal binasının hüdudlarından kənara buraxılması;
184.1.2. bu Məcəllənin 190.1.1 -190.1.3-cü maddələrində göstərilən aksizli mallardan başqa digər idxal malları üçün - Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq aksizli malların gömrük xidmətinin nəzarətindən çıxması;
184.1.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə Azərbaycan Respublikasına idxal olunan bu Məcəllənin 190.1.1 -190.1.3-cü maddələrində göstərilən aksizli mallar üçün məcburi nişanın alınması.
 
184.2. Bu maddənin məqsədləri üçün istehsal binalarına istehsalın olduğu ərazidə yerləşən anbarlar, köməkçi anbar sahələri və digər oxşar binalar aiddir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.