Maddə 146.

Hüquqi şəxsin yaranması

 
146.1. Aktivlərin verilməsi aşağıdakı hallarda onların vergiyə cəlb olunan təqdim edilməsi sayılmır:
146.1.1. şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə (hər hansı öhdəlik götürməklə və ya götürməməklə);
146.1.2. şəxs və ya şəxslər qrupu bilavasitə mübadilədən sonra hüquqi şəxsdə iştirak paylarının 100 faizinə sahib olursa.
146.2. Bu Məcəllənin 146.1-ci maddəsinin müddəaları şamil edilən aktivi alan iştirakçı üçün onun dəyəri aktivi verən iştirakçı üçün onun verilmə vaxtındakı dəyərinə bərabərdir və aktivin balans dəyəri onu alan şəxsə keçir.
146.3. Bu Məcəllənin 146.1-ci maddəsində göstərilən mübadilə nəticəsində alınan iştirak payının dəyəri verilən hər hansı borcun məbləği çıxılmaqla verilən aktivlərin dəyərinə bərabərdir.
146.4. Bu maddə bir kateqoriyaya aid olan əsas vəsaitlərin hamısının eyni vaxtda verildiyi hallar istisna edilməklə, bu Məcəllənin 114-cü maddəsinin müddəalarına uyğun olaraq kateqoriyalar üzrə amortizasiya olunan əsas vəsaitlərə tətbiq edilmir.
146.4. Götürülmüş öhdəliklər verilən aktivlərin dəyərindən artıqdırsa, bu maddə həmin artıq məbləğə tətbiq edilmir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.