Maddə 96.
Səs və video yazıların saxlanılması və qaytarılması
96.1. Səs və video yazılar məhkəmədə saxlanılır. Məhkəmə onların dəyişməz vəziyyətdə saxlanılması üçün tədbirlər görür.
96.2. Müstəsna hallarda məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra səs və video yazılar onların alındığı şəxslərə qaytarıla bilər.
96.3. Səs və video yazıların qaytarılması məsələləri haqqında məhkəmə qərardad çıxarır.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.