Maddə 71.

Məhkəmədə nümayəndə ola bilməyən şəxslər

 
71.1. Tam fəaliyyət qabiliyyəti olmayan, yaxud qəyyumluq və ya himayəçilik altında olan şəxslər məhkəmədə nümayəndə ola bilməzlər.
71.2. Hakimlər, müstəntiqlər, prokurorlar, Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, onların prosesdə müvafiq orqanın səlahiyyətli təmsilçiləri və ya qanuni nümayəndələr kimi iştirak etdiyi hallar istisna edilməklə, məhkəmədə nümayəndə ola bilməzlər.
71.3. Şəxs, mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə, yaxud hakim, prokuror, ekspert, mütəxəssis, tərcüməçi, şahid, hal şahidi və ya məhkəmə iclasının katibi qismində iştirak etmişsə, eləcə də o, işə baxılmasında iştirak edən vəzifəli şəxslə qohumdursa, nümayəndə ola bilməz.
71.3-1. Mediator mediasiya predmeti olan mübahisə üzrə məhkəmə prosesində tərəflərdən hər hansı birini təmsil edə bilməz.
71.4. Bu Məcəllənin 19 və 20-ci maddələrində göstərilən hallar və əsaslar olduqda işdə iştirak edən şəxslər tərəfindən nümayəndəyə etiraz oluna bilər. KM2
71.5. Bu Məcəllənin 71.1–71.3-cü maddələrində nəzərdə tutulmuş şəxslərə verilən etirazların həlli qaydası bu Məcəllənin 22-ci maddəsi ilə müəyyən edilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.