Maddə 65.

Tərcüməçi

 
65.1. Dilləri bilən, tərcümə etmək üçün zəruri biliyə malik olan və bu Məcəllədə nəzərdə tutulmuş hallarda məhkəmə tərəfindən təyin edilmiş şəxs tərcüməçi hesab olunur. Məhkəmə icraatında iştirak edən əlilliyi olan şəxslər ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) köməyindən istifadə etdiyi hallarda, həmin ixtisaslaşmış vasitəçilər (qiraətçilər və peşəkar surdo tərcüməçilər) bu Məcəllənin məqsədləri üçün tərcüməçi hesab olunurlar.
65.2. Tərcüməçi proses iştirakçıları tərəfindən təklif olunan şəxslərdən təyin oluna bilər.
65.3. Prosesin digər iştirakçıları dilləri bilsələr də, tərcüməçi vəzifəsini öz üzərinə götürə bilməzlər.
65.4. Tərcüməçi məhkəmənin çağırışı üzrə gəlməyə, tam, dəqiq və vaxtında tərcümə etməyə borcludur.
65.5. Tərcüməçi tərcüməni dəqiqləşdirmək üçün proses iştirakçılarına suallar verməyə haqlıdır.
65.6. Tərcüməçi bilə-bilə yanlış tərcüməyə görə cinayət məsuliyyəti daşıyır.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.