Maddə 494.
Arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrası barədə qərarın icra edilməsi
494.1. Arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrasına dair qərar dərhal qüvvəyə minir və icra edilir.
494.2. Arbitraj məhkəməsinin müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərarının tanınması və icrası barədə qərar icra edilməsi üçün aidiyyəti orqanlara göndərilir və ya həmin qərar əsasında icra vərəqəsi verilir. Qərar və ya icra vərəqəsinin təsdiq olunmuş surəti aidiyyəti orqana təqdim edilməsi üçün ərizəçinin tələbi ilə ona verilə bilər.
494.3. Müvəqqəti təminat tədbirlərinin yönəldiyi arbitraj icraatının tərəfinin müvəqqəti təminat tədbirləri ilə müəyyən edilmiş qadağaları pozduğu hallarda dövlətin xeyrinə aşağıdakı miqdarda cərimələr tutulur:
494.3.1. qiymətləndirilən iddialar üzrə - iddia qiymətinin 50 faizinədək miqdarda;
494.3.2. qiymətləndirilməyən iddialar üzrə - iki yüz iyirmi manat.