Maddə 438-1.

Kassasiya instansiyası məhkəməsinin xüsusi qərardadı

 
438-1.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu bu Məcəllənin 265.4-cü və 265.5-ci maddələrində nəzərdə tutulmuş hallarda, habelə işə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.
438-1.2. Hakimlər barəsində çıxarılmış xüsusi qərardad intizam icraatının başlanması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri tərəfindən Məhkəmə-Hüquq Şurasına göndərilir.
 
Dördüncü bölmə
 
Xarici şəxslərin iştirakı ilə icraat
 
Fəsil 46
Məhkəmələrin beynəlxalq səlahiyyətləri
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.