Maddə 435.
Yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizənin məzmunu
435.1. Yeni açılmış hallar üzrə işlərə yenidən baxılması haqqında ərizədə aşağıdakılar göstərilməlidir:
435.1.1. barəsində mübahisə edilən aktın dəqiq göstərilməsi;
435.1.2. ərizə vermək üçün qanuni əsasın qeyd edilməsi;
435.1.3. ərizənin verilməsi üçün qanuni müddətlərə əməl olunması barədə məlumatlar və bunun üçün sübut vasitələrinin göstərilməsi;
435.1.4. qəbul edilmiş aktın ləğv edilməsi barədə motivlər.
435.2. Ərizəyə onun əsaslandığı sənədlərin əsli, yaxud surətləri və bu Məcəllənin 432-ci maddəsində göstərilən sənədlər əlavə olunur.
Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.