Maddə 430.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı

 
430.1. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu işə baxılmanın nəticəsi üzrə qərar çıxarır.
430.2. Qərarda aşağıdakılar göstərilməlidir:
430.2.1. qərarı çıxarmış məhkəmənin adı;
430.2.2. qərarın çıxarılma vaxtı və yeri;
430.2.3. haqqında qərar çıxarılan iş;
430.2.4. şikayət verən şəxs;
430.2.5. təqdimat və ya protest verən şəxs;
430.2.6. aşağı məhkəmələrin şikayət edilən aktlarına istinad;
430.2.7. çıxarılan qərarın əsaslandığı qanun;
430.2.8. protestə baxılmanın nəticəsi üzrə qəbul edilmiş qərar.
430.3. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun qərarı onun sədri tərəfindən imzalanır və işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.