Maddə 404.

Kassasiya qaydasında işə baxan məhkəmə

 
404.1. Apellyasiya instansiyası məhkəmələrinin qətnamələrindən və qərardadlarından kassasiya qaydasında aşağıdakı məhkəmələrə şikayət vermək olar:
404.1.1. apellyasiya məhkəmələrinin mülki kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə kollegiyasının qətnamələrindən və qərardadlarından - Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına;
404.1.2. apellyasiya məhkəmələrinin kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasının qətnamələrindən və qərardadlarından - Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına.
404.2. Aidiyyətə dair mübahisələr üzrə kassasiya şikayətlərinə mülki kollegiyaya və inzibati-iqtisadi kollegiyaya daxil olan hakimlərin qarışıq tərkibində baxıla bilər.
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.