Maddə 345.

Ərizənin verilməsi

 
Uşağın övladlığa götürülməsi barədə ərizə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən övladlığa götürülən uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə verilir.
Azərbaycan Respublikasının vətəndaşı olan uşaq əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürüldüyü zaman ərizə uşağın yaşadığı (olduğu) yer üzrə məhkəməyə uşağı övladlığa götürmək istəyən şəxslər (şəxs) tərəfindən və ya onların müraciəti əsasında akkreditə edilmiş orqan tərəfindən verilir .
 

Kommentariyanı görmək üçün qeydiyyatdan keçin və abunə olun.